Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının mərkəzində nəhəng ticarət mərkəzi tikilir

101153Bakıda yeni ticarət-istirahət mərkəzinin tikintisinə başlanılıb.

Yenicag.az-ın  salamnews-a istinadən məlumatına görə, “Baku City Mall” adlanacaq mərkəz Bakı Ağ Şəhər layihəsi çərçivəsində inşa olunacaq. Artıq “Baku City Mall”-un yerləşəcəyi ərazidə işlərə başlanılıb, torpaq yatağı dəyişdirilib, həmçinin bünövrənin vurulmasına başlanılıb.

Qeyd edək ki, bu ticarət mərkəzi Bakıda şəhərin mərkəzinə yaxın yerləşən ən iri “Mall” olacaq. Xətai rayonu ərazisində, Nobel prospektində inşa edilən mərkəzdə yüzlərlə mağaza, restoranlar, kinoteatr, uşaq əyləncə mərkəzi və s. nəzərdə tutulub.

www.yenicag.az

320