Bu dəqiqələrdə metronun 28 May stansiyasının qarşısında kimliyi məlum olmayan kişi dünyasını dəyişib.
Yenicag.az-a hadisə şahidlərinin verdiyi məlumata görə, qəfildən halı pisləşən həmin şəxs pilləkənlərin üzərinə yıxılıb.
Ətrafdakıların ona ilkin yardım göstərməsinə baxmayaraq, kişinin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası isə hələ də gəlməyib.