Bakının mərkəzindəki geyim dükanları kütləvi şəkildə bağlanır

107223_res_01Bakının mərkəzi küçələrindəki geyim mağazalar kütləvi şəkildə bağlanmağa başlayıb.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə Fineko agentliyi xəbər yayıb. Məlumata görə, səbəb əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində ölkənin daxili bazarında ərzaq məhsullarının satışı önə keçib.

Geyim mağazaları bağlanarkən oradakı pal-paltar da “təmizlənir”, yəni aşağı qiymətə satışa çıxarılır.