Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının mərkəzinə gələn su kəmərində qəza - Bu rayonlar susuz qaldı

Bakıda su kəmərində qəza baş verib.

Bu barədə Yenicag.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, Bakı şəhərinin mərkəzi hissəsini qidalandıran magistral su kəmərində (Sulutəpə qəsəbəsi ərazisindən keçən hissəsində) baş vermiş qəza ilə əlaqədar Səbail, Yasamal, Nəsimi və Binəqədi rayonlarının bir hissəsinə içməli suyun verilməsində 18 iyul 2020-ci il səhər saatlarına qədər məhdudiyyətlər olacaq.

“Azərsu” ASC-nin qəza briqadaları, xüsusi texnikası əraziyə cəlb edilib və qəzanın aradan qaldırılması istiqamətində tədbirlər görülür.

www.yenicag.az

287