Bakı şəhəri, Nəsimi rayonunda yerləşən “Təzəbəy” hamamında yanğın olub.
Yenicag.az xəbər verir ki, yanğın söndürüləndən sonra hamamın mühafizəçisi 68 yaşlı Müzəffər Həsənəliyevin meyiti gözətçi otağında aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır./Report/