Bakının məşhur restoranında yanğın – Jurnalistlərin tədbiri yarımçıq qaldı (FOTO)

99273 (1)Bu dəqiqələrdə Bakıdakı “Naxçıvan” restoranında yanğın baş verib.
Yenicag.az modern.az-a istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

***

Yanan restoranda bu gün Milli Mətbuatın 140 illiyi münasibətilə “Azərcell” şirkəti ölkədə fəaliyyət göstərən qəzet və sayt redaktorları üçün ziyafət təşkil edib.

Ziyafət Yasamal rayonundakı 20 saylı məktəbin yanında yerləşən “Naxçıvan” restoranında keçirilib. Ziyafət zamanı zaldakı elektrik naqilləri anidən tüstüləyib. Ziyafətdə olan təxminən 30-40 nəfər dərhal çölə çıxıb. Tədbir isə yarımçıq bitib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) 2 yanğınsöndürən maşını cəlb edilib.

Tüstülənmədən zərər çəkən olmayıb.