Bakının məşhur restoranında yanğın

yann22Gecə saatlarında paytaxtın “ANADOLU” restoranında yanğın baş verib.

Səbail rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 220 kv.m olan “ANADOLU” restoranının mətbəxinin tüstü borusunun şüşə pambıqdan ibarət üzlüyü 2 p.m yanıb. Restoran yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.