Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakının “parkinq qoçuları” – VİDEOREPORTAJ

Paytaxtın müəyyən ərazilərində avtomobillərin parkinqi üçün sürücülərdən qanunsuz olaraq ödəniş tələb edən “nəzarətçilər”in özbaşınalığı bütün çərçivələri aşır. Xidməti vəsiqələrini göstərərək özlərini təqdim etməyən, hansı qurumun əməkdaşı olduqları bilinməyən həmin şəxslər, avtomobillərini park üçün icazə verilmiş zolaqda saxlayan sürücülərdən qeyri-qanuni şəkildə pul yığır.

Onlar sürücülərin qəbz tələbinə kobudluqla cavab verərək, “ərazinin sahibi olduqlarını” bildirirlər. Aydın məsələdir ki, “parkinq qoçuları”nın sürücülərdən qanunsuz şəkildə yığdıqları pullar da özləri ortaya çıxmayan “sahib”lərin cibinə axır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən BNA mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bu problem haqda məlumatlıdırlar və onun həll olunması istiqamətində işlər aparılır.

Yenicag.az Bakıda qeyri-qanuni “parkinq pulu” yığılmasına dair videoreportajı təqdim edir:

Pərviz Mustafa

Firuz Asanov

www.yenicag.az

2511
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100