!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bakının Regional İnkişaf Planı hazırdır" - Komitə sədri

!Reklam – Yazi

“Böyük Bakının Regional İnkişaf Planının layihəsi artıq hazırdır və artıq Nazirlər Kabinetinə təqdim olunub”.

Bu barədə jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov məlumat verib. Onun sözlərinə görə, ekspertlər layihəyə baxdıqdan sonra hökumət tərəfindən təsdiq ediləcək.

Komitə sədri qeyd edib ki, layihədə çox yeniliklər olacaq: “Dəyişikliklərlə bağlı müvafiq nazirliklərin hər biri öz mövqeyini bildirib. Biz də həmin münasibətlərə uyğun olaraq layihədə müvafiq düzəlişlər etməliyik. Nazirliklərdən bəzilərinin təklifləri ilə razılaşmadıq. Misal üçün, keçmiş nəqliyyat naziri bizə təklif etmişdi ki, Bakıda ikinci pullu yol da olsun. Cavab verdik ki, bir pullu yol var və bu da kifayət edir”.

Yeniçağ.az

www.yenicag.az

623
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv