Bakının “sərhəddə görüşək” təklifinə İrəvandan CAVAB

Ermənistan bütün variantları müzakirə edir.

Yenicag.az xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan Bakının sərhəddə və regional məkanlarda sülh danışıqları ilə bağlı görüşün keçirilməsi təklifini şərh edərkən bildirib.

“Ermənistan mövqeyi belə məsələlərdə konstruktivlikdən də artıqdır. Azərbaycan tərəfinin cəsarətli addımlar atmağa qərar verməsini gözləyirik”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan Xarici İşlər Nazirliyi İrəvana sülh prosesini müzakirə etmək üçün sərhəddə görüş keçirməyə dəvət edib.