!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının tükənməyən SIXLIQ PROBLEMİ: "Milyardlar xərclənərək..." - Bu vəziyyətdən çıxış yolu nədir? / ŞƏRH

!Reklam – Yazi

“Şəhərin yerüstü nəqliyyat sistemi yenidən qurulmalı, təcili tədbirlər görülməlidir”.

Bu sözləri paytaxt Bakıda yaşanan tıxac probleminin il getdikcə daha da böyüməsinə münasibət bildirən sosioloq Elçin Bayramlı Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, Bakı bir şəhər kimi iflas edib, nəqliyyat sistemi demək olar ki, komadadır:

“Əhali küçələrdə qalıb, pik saatlarda taksi şirkətləri də qiymətləri qaldırır. Hərdənbir gələn avtobuslara da minmək ya çətin olur, ya da mümkünsüzdür. Vaxtında hansısa cinayətkar quldurlar tramvay və trolleybus sistemini, şəhərətrafı elektrik qatarlarını bilərəkdən məhv etdilər. Bununla da Bakıya ölümcül zərbəni vurdular. İndi Bakı dünyada yalnız bir növ ictimai sərnişin nəqliyyatının (avtobusların) ümidinə qalan yeganə paytaxt şəhəridir. Regionlar inkişaf etmədiyinə görə Azərbaycan demək olar ki, Bakıdan ibarətdir. Ölkənin bütün iqtisadi, mədəni, sosial resursları burada cəmləşib, ölkə əhalisinin yarısı – 5 milyon nəfər buraya toplaşıb. Dəhşətlisi ondadır ki, artıq problemin həll imkanları da itirilib. Çünki şəhər həddən artıq çox sayda və sıx şəkildə tikilmiş minlərlə hündür binalarla, hərəkətin məhdud olduğu, avtomobillərin dayanması imkanının olmadığı dar küçələrlə, anormal tərtib olunmuş hərəkət sistemi ilə cəhənnəmə döndərilib. Problemin həlli üçün şəhər sökülüb təzədən tikilməlidir, dağıdılmış tramvay, trolleybus sistemi milyardlarla pul xərclənərək yenidən bərpa olunmalıdır. Üstəlik, şəhər əhalsinin ən azı yarısı regionlara qaytarılmalıdır. Bunlar isə praktiki olaraq mümkün deyil.

Avtobuslar sistemində yaranmış faciəvi hala gəlincə, bu, süni yaradılmış vəziyyətdir. Gediş haqqının artırılması ilə bağlı müraciətlər üçün əsas yoxdur, burada heç bir iqtisadi əsaslandırmadan söhbət belə gedə bilməz. Əvvəla, yeni avtobusların çoxu sıxılmış qazla işləyir və bu 2-3 dəfə daha ucuz başa gəlir. İkincisi, iki avtobusun daşıyacağı sərnişinləri cəmi bir avtobusla daşıyırlar. Yaxşı ki, vaxtilə Bakıda metro tikilib və o var gücü ilə mübarizə apararaq birtəhər bu şəhəri vəziyyətdən çıxarır və yaranacaq fəlakətin qarşısını alır. Lakin metro da artıq bu dəhşətin öhdəsindən gələ bilmir. Şəhərin yerüstü sərnişin nəqliyyatı sistemi yenidən qurulmalı, təcili tədbirlər görülməlidir. Əks halda Bakı tam “kollaps” vəziyyətinə düşəcək”.

Gülşən Şərif

www.yenicag.az

633
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv