Bakının Umbakı qəsəbəsini təbii qazla təmin edən kəmərdə qəza baş verdi

Bakının Qaradağ rayonu, Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərində qəza baş verib.

Bu barədə Yenicag.az Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Bildirilib ki, bu gün Umbakı qəsəbəsini təbii qazla təmin edən daşıyıcı qaz kəmərinin qaz təchizatında yaranmış çatışmazlıqla bağlı yerində araşdırmalar aparılıb və kəmərin 12-ci kilometrliyində qəza halının baş verdiyi müəyyən edilib.

Bildirilir ki, hazırda təmir-bərpa işləri aparılır.