Bakının ümumi parklanma üzrə baş planı hazırlandı

Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin ümumi parklanma baş planı hazırlanıb.

Yenicag.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyetinin sədri Vüsal Kərimli deyib.

O qeyd edib ki, həmin plana əsasən əhalinin yerləşdiyi yerlərə uyğun şəkildə qiymət tarifi müəyyənləşdirilib.

“Həmin tariflər hökumətə təqdim olunub və hazırda araşdırma mərhələsindədir”, – deyə o bildirib.