Bakının yollarında təyin olunan SÜRƏT HƏDDİ: “Şəhərin küçə və prospektlərində hərəkətin intensivliyi…”

“Şəhərdaxili küçələrdə sürət həddinin aşağı salınması hərəkətin intensivliyinə birbaşa təsir edir və tıxaca səbəb olur”.

Bu fikirləri paytaxtın bəzi yollarında surət həddinin endirilməsinin yol nəqliyyat hərəkətinə təsiri haqda danışan ekspert Aslan Əsədov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, yollarda sürət həddinin aşağı salınmasının müsbət tərəfləri ilə yanaşı mənfi tərəfləri də var.

“Yollarda surət hədlərinin aşağı endirilməsi birbaşa olaraq qəzaların qarşısının alınması, şəhərlərarası, yaxud şəhərin iri magistrala çevrilmiş küçə və prospektlərində hərəkətin optimal təşkili məqsədindən irəli gəlir.

Eyni zamanda, burada hərəkət üstünlüyünə malik olan nəqliyyat vasitələrinin intensivliyinin təmin olunması sürət hədlərinin azalmasının əsas üstünlükləridir.

Lakin bəzi ərazilərdə sürət həddinin aşağı salınması bir sıra problemlər yaradır. Xüsusilə, şəhərin daxili küçələrində sürət həddinin aşağı salınması hərəkət intensivliyinə birbaşa təsir edir və tıxaca səbəb olur.

Buna görə də düşünürəm ki, surət həddi müəyyənləşdiriləndə, bu məqamlar mütləq nəzərə alınmalıdır”.

Nuray Məmmədzadə

COP29