!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakirəlik diplomu alan qızlar

!Reklam – Yazi
qaynarimage693105Cənubi Afrikanın ən böyük etnik qruplarından sayılan Zulu qəbiləsinin qızları evlənməzdən öncə bakirəlik testindən keçib bakirəlik diplomu alırlar. Qəbilədə hər il bakirəlik günü adlı şənlik təşkil edilir. 
Bu şənlikdə evlənməzdən öncə cinsi əlaqədə olmaq pislənərək xəstəliklərə, atasız uşaqların dünyaya gəlməsinə səbəb olduğu vurğulanır. Əvvəlcə stadionda toplaşan minlərlə qız yaşlı qadınlar tərəfindən bakirəlik testindən keçirilir və bakirəliyi təsdiq olunanlara diplam verilir. Daha sonra testdən keçən qəbilə qızları rəqs edib mahnılar oxuyaraq bakirə olmalarını qeyd edirlər.
Məktəbdə müəllim olan 24 yaşlı Filisive Hlatşvayo da tədbir iştirakçılarından biri olub və testi keçərək diplomunu qazanıb. Filisive sevinərək əlində tutduğu diplumu gərdək gecəsində ərinə ərməğan edəcəyini bildirib: “Bu, ərimə verəcəyim ən böyük hədiyyədir”.
Sadəcə qızlar və uşaqların iştirak etdiyi şənlikdə bakirə olmayanlar bir kənara yığılaraq onlara kiçik yaşda seksin zərərli yanları izah olunur. Bakirəliyin xüsusi önəm daşıdığı qəbilədə testdən üzüağ çıxan qızların əyləndiyi bu şənlik bəkarətliyi təsdiq olunmayanlar üçün yəqin ki, ən uzun və kədərli bir an kimi yadda qalır.(qaynar.info)
qaynarimage852181 qaynarimage350010 qaynarimage381592 qaynarimage414034

 

www.yenicag.az

787
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv