Bakıxanovda evdən pul və qızıl oğurlayan şəxs tutuldu

Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisindəki evlərin birindən 2100 manat pul və 3500 manat dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən Yenicag.az-a verilən xəbərə görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən paytaxt sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Ceyhun Əliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.