Bakıya 300 irlandiyalı azarkeş gəlib – Futbola görə

2022-ci il dünya çempionatının seçmə mərhələsində Azərbaycan millisinin qonağı olacaq İrlandiya yığması Bakıda dəstəksiz qalmayacaq.

Yenicag.az xəbər verir ki, bir qrup azarkeş komandanı dəstəkləmək üçün Azərbaycan paytaxtına gəlib.

Onların sayının 300 nəfər olduğu bildirilib.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan – İrlandiya matçı saat 20:00-da başlayacaq.