2018-ci ildə Bakıya 395 yeni avtobus gətirilib.
Yenicag.az xəbər verir ki, daşıyıcılar tərəfindən il ərzində ümumilikdə dövlət büdcə vəsaiti hesabına 300 və daşıyıcılar tərəfindən isə 95 yeni avtobus alınıb.
Bundan əlavə 1 nəqliyyatın mübadilə mərkəzi və 1 yeni avtobus parkı istifadəyə verilib.
İl ərzində daha 5 marşrut xətti nağdsız ödəniş sisteminə keçirilib və bununla da bu sistemlə işləyən marşrutların sayı 20-dən 25-ə qaldırılıb.
Nağdsız ödəniş sistemi tətbiq edilən avtobusların sayı 503-ə çatdırılıb.