Bakıya gələcək İtaliya yığmasının heyəti açıqlanıb

58643“Avro-2016”nın seçmə mərhələsi çərçivəsində milli komandamızla eyni qrupda yer alan İtaliya yığmasının heyəti açıqlanıb.
Baş məşqçi Antonio Konte Azərbaycan və Malta ilə keçiriləcək oyunlar üçün aşağıda adları qeyd olunan futbolçulara dəvət edib:
Qapıçılar: Buffon (“Yuventus”), Siriqu (PSJ), Padelli (“Torino”);
Müdafiəçilər: Astori (“Fiorentina”), Barsali (“Yuventus”), Bonuççi (“Yuventus”), Kyellini (“Yuventus”), Darmian (“Mançester Yunayted), De Şilyo (“Milan”), Ranokkiya (“İnter”), Santon (“İnter”);
Yarımmüdafiəçilər: Florensi (“Roma”), Bertolaççi (“Milan”), Montolivo (“Milan”), Parolo (“Lasio”), İnsinye (“Napoli”), Pirlo (“Nyu-York Siti”), Soriano (“Sampdoriya”), Kandreva (“Lasio”), Verratti (PSJ);
Hücumçular: Berardi (“Sassuolo”), Eder (“Sampdoriya”), El-Şaaravi (“Monako”), Covinko (“Toronto”), Pelle (“Sautqempton”), Kvalyarella (“Torino”), Zaza (“Yuventus”).
Qeyd edək ki, Azərbaycan – İtaliya qarşılaşması oktyabrın 10-da Bakı Olimpiya Stadionunda keçiriləcək.(Qol.az)