Bakıya gələn Burak Özçivitin qazandığı milyonlar

Türkiyənin məşhur aktyoru Burak Özçivit tanınmış geyim brendinin siması olub.

Yenicag.az türk mediasına istinadən xəbər verir ki, serial və filmlərdəki rolu ilə insanları özünə heyran edən məşhur aktyor birillik razılaşma qarşılığında 2,5 milyon lirə (təxminən 1, 25 milyon manat) qazanıb. Orta Asiyadan başqa bir marka ilə də müqavilə bağlayan Burak Özçivit ümumilikdə, 5 milyon lirə (2,5 milyon manat) əldə edib.

Onun xanımı aktrisa Fahriye Evcen isə bu mövsüm gələn bütün təkliflərə “yox” cavabı verib. Bunun səbəbi isə aktrisanın tez bir müddətdə ana olmaq istəyidir.