!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bakıya gələn Sibel Can "Mir Möhsün Ağa" ziyarətgahına getdi - FOTO

!Reklam – Yazi

Konsert öncəsi oğlu Engincanla Bakıya gələn türk sənətçisi Sibel Can və iş xanımı Ruhi Əliyeva hava limanında jurnalistlərlə görüşüblər.

Yenicag.az News24.Az-a istinadən xəbər verir ki, sənətçi jurnalistlərin onu və oğlunu isti qarşılamasından dolayı təşəkkür edib.

Jurnalistlər önündə ayrıca, konsertin təşəbbüs və təşkilatçılığı üçün “Liatris Holding”in rəhbəri Ruhi Əliyevaya minnətdarlıq edən Sibel Can bildirib ki, daha əvvəl Bakıda reallaşan konsertlərində heç vaxt 1 gün əvvəl gəlmək fürsəti olmayıb. Bu dəfə isə oğlu Engincanın istəyi ilə bu arzusunu reallaşdırıb.

Sibel Can bu günə olan Bakı planları barədə məlumat verib. Bildirib ki, daha çox paytaxtın tarixi məkanlarını gəzmək arzusundadır.

İş xanımı Ruhi Əliyeva jurnalistlərə konsert üçün məhz Sibel Can üzərində seçim etməsini belə ifadə edib:
“Sibel Can sənətinə çox böyük sevgi və hörmətim var. Onunla şəxsən tanış olduqdan sonra sevgim və hörmətim artdı. Üstəlik, bilirəm ki, Azərbaycanda Sibel xanım çox sevilir. Onun sənətinin, səsinin vurğunu olanlar həddən çoxdur. Elə bunları da nəzərə alaraq, konsert verməsi üçün təklif etdik. Sağ olsun, o da məmnuniyyətlə razılıq verdi”.

Jurnalistlərlə görüşdən sonra Sibel Can Ruhi Əliyevanın müşayiəti ilə “Mir Möhsün Ağa” ziyarətgahına yollanıblar.

www.yenicag.az

9428
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv