“Qarabağ”ın yay transfer pəncərəsində heyətinə qatdığı Pedro Enriko artıq Bakıya gəlib.
Yenicag.az xəbər verir ki, yeni futbolçu keçidi və gələcək hədəfləri haqda açıqlama verib.
O, bura gəlməmişdən əvvəl komandanın hədəfləri ilə maraqlandığını deyib: “Qarabağ”a gəlməmişdən əvvəl komandanın uğurları və hədəfləri haqda maraqlandım. Kollektiv, azarkeşlər və Bakı haqda artıq məlumatım var. Paytaxtınız da olduqca gözəl şəhərdir. Klubun bazasıyla tanış oldum, burada futbolçu üçün hər cür şərait yaradılıb. Bakıya gəlməmişdən bir gün əvvəl də Riçard Almeydayla danışdım, o da kifayət qədər məlumat verdi.
“Qarabağ”ın sabiq komandam PAOK-la oynadığı haqda da məlumatım var idi. Həmin ilin qışında Yunanıstan klubuna keçdim.
Komandamız Azərbaycan futbol tarixində Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk klubdur. Mən də bura öz oyunumla kömək etməyə gəlmişəm. Yarımmüdafiənin həm sağ, həm də sol cinahında oynaya bilirəm. Komandada rəqabətin olması hamımızın xeyrinədir. “Qarabağ” üçün əlimdən gələnin ən yaxşısını etməyə çalışacam”.