!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

"Bakıya gəlmişdi" - AFFA-dan baş məşqçi açıqlaması

!Reklam – Yazi

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi postuna kimin gətiriləcəyi maraqla gözlənilir.

Yenicag.az xəbər verir ki, təyinat yubandığından mətbuatda müəyyən iddialar səsləndirilir.

Bir müddət öncə millimizə Anjelo Alessionun rəhbərlik edəcəyi ilə bağlı xəbərlər yayılmışdı. Bu gün səsləndirilən iddia isə “Qalatasaray”ın sabiq baş məşqçisi İqor Tudorla bağlıdır.

Məsələ ilə bağlı saytımıza açıqlama verən AFFA-nın mətbuat xidmətinin rəhbəri Firuz Abdullanın sözlərinə görə, xorvatiyalı mütəxəssisin adı namizədlər siyahısında olub:

“Anjelo Alessio həqiqətən də, Bakıya gəlmişdi. Onunla görüş keçirildi. Millinin baş məşqçisi postuna namizədlərdən biridir. Lakin millinin baş məşqçisi ilə bağlı hələlik konkret qərar yoxdur. Xeyli məşqçi ilə danışıqlar, müzakirələr aparılıb. Yekun qərar olana qədər heç biri ilə bağlı açıqlama vermək istəmirik. Çünki əksəriyyəti bizdən məxfiliyin qorunmasını istəyib. Hansısa adı səsləndirsək, razılaşmamızın ziddinə getmiş olacağıq.

İqor Tudora gəlincə, onun adı namizədlər siyahısında olub. Amma Alessio ilə danışıqlar aparıldığı kimi, onunla aparılmayıb”.

Xatırladaq ki, millimizə son olaraq Qurban Qurbanov başçılıq edib.

Emin Səfərov

www.yenicag.az

2084
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv