Bakıya giriş bağlandı – FOTOLAR

Bakının cənub girişində avtomobillərin paytaxta daxil olmasında məhdudiyyət yaradılıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, hazırda Lökbatan, Bayıl və Azneft dairəsi istiqamətlərində yollar yük maşınları tərəfindən kəsilib, avtomobillərin gediş-gəlişi dayandırılıb.

Yollarda məhdudiyyətin yaradılmasının səbəbi açıqlanmasa da, bunun bayramla əlaqəli olduğu istisna deyil.