Gələn ildən etibarən hər ay Bakıya yeni avtobuslar gətiriləcək.
Yenicag.az-ın məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.
V.Kərimli qeyd edib ki, yeni gətiriləcək avtobuslardan 280-i 12 metrlik, 20 ədədi isə 18 metrlik avtobuslardır.
V.Kərimli bildirib ki, 18 metrlik avtobuslar paytaxtın uzun və geniş prospektlərində istifadə olunacaq./Trend/