Bakıya ilk qar yağdı – FOTO

64621Bu gün Bakıya ilk qar yağıb.

“Qafqazinfo” xəbər verir ki, şəhərin mərkəzində arabir yağan qar Bakı ətrafındakı qəsəbələri ağ rəngə bürüyüb. Sakinlər ilk qarın görüntülərini sosial şəbəkədə paylaşıb.

Sosial şəbəkə istifadəçisi Pərvanə Qurbanlı Müşfiqabadda səhər saatlarından yağan qarın hələ də davam etdiyini bildirib.