!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıya leysan yağır

!Reklam – Yazi

12376849_10207880073013748_8591440576544286702_nBu gün günorta saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında güclü yağış yağmağa başlayıb.

Şimşək çaxması və göy gurultusu ilə müşayiət olunan leysan xarakterli yağış hazırda davam edir.

Güclü yağış nəticəsində paytaxtın bəzi küçə və yollarında böyük gölməçələr meydana gəlib.

Qeyd edək ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

www.yenicag.az

648
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv