Bakıya yeni prokuror təyin edildi

Baş prokuror Kamran Əliyev Bakı şəhərinə prokuror təyin edib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, K.Əliyevin əmri ilə vəzifəyə 3-cü dərəcəli dövlət ədliyyə müşaviri, general-mayor Elşən Abbasov təyin olunub.

Bu təyinatadək E.Abbasov Baş Prokurorluğunun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi, daha sonra isə Təşkilat və icraya nəzarət idarəsinin rəisi olub.

Qeyd edək ki, Bakı şəhər prokuroru İlqar Abbasovun səlahiyyət müddəti dünən başa çatıb.