!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bako Saakyan Şuşaya gəlib

!Reklam – Yazi

bako_1-300x225İşğal altındakı Dağlıq Qarabağda mövcud olan separatçı rejimin rəhbəri Bako Saakyan 1992-ci ilin 8 mayından Ermənistan -Rusiya silahlı qüvvələri tərəfindən işğal olunan Şuşa şəhərinə gəlib. Modern.az saytı Ermənistan mediasına istinadən xəbər verir ki, separatçıların başçısı Şuşa rayonunda sosial-iqtisadi məsələlərlə əlaqədar toplantı keçirib. Rayon administrasiyasının əlaqədar təşkilatlarının rəhbərlərinin məruzə ilə çıxış etdikləri bildirilir.

Xəbərdə qeyd olunur ki, Saakyan müvafiq məsələlərin həlli ilə bağlı konkret tapşırıqlar verib.
Bundan əvvəl B.Saakyan Hadrut, Xocavənd və Ağdərə rayonlarında da olmuşdu. Həmçinin qondarma qurumun oyuncaq “baş naziri” bu günlərdə Hadruta getmişdi. Separatçılar onsuz da sayı gündən-günə azalan mülki əhalinin aprel məğlubiyyətindən sonra kütləvi şəkildə bölgəni tərk etməsindən ciddi şəkildə narahtdırlar. Ona görə də “mərkəzi hakimiyyətin işgüzar toplantıları” adı altında əslində mövcudluqlarını nümayiş etdirməyə, təlaş içərisində olan hərbi bölmələrdə və Dağlıq Qarabağın içərilərinə, həmçinin Ermənistan ərazilərinə qaçan mülki sakinlərə ürək-dirək vermək istəyirlər.

Ancaq B.Saakyanın məhz bu ərəfədə Şuşaya gəlməsinin başqa səbəbi də olmamış deyil. Şübhəsiz ki, Ermənistan Şuşanın işğal günündə bu şəhərdə bundan əvvəl olduğu kimi, hansısa “bayram” tədbiri keçirmək istəyəcək. Düzdür, onlar Azərbaycan ordusunun qəfil zərbələrindən, İsrail istehsalı olan “əjdaha”ların hücumundan da ehtiyatlanırlar. Lakin hazırda ermənilərin psixoloji durumu elədir ki, İrəvan və Xankəndindəki cinayətkarlar onlara hansısa bir şəkildə ruh verməyə zərurət duyurlar. Qarabağın “müstəqilliyinin” tanınması barədə hədələrin heç bir mənasının olmadığını görən düşmən növbəti avantürüst addımı atmaq istəyəcək. Mümkündür ki, qisamüddətli də olsa, “hərbi parad” adı ilə bir tədbir keçirməyə cəhd etsinlər…

www.yenicag.az

605
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv