“Baku Bus” avtobusu iki avtomobillə toqquşdu – Yaralanan var – Foto

Bakıda sərnişin avtobusunun iştirakı ilə zəncirvari yol qəzası olub.

Yenicag.az xəbər verir ki, hadisə Nəsimi rayonunda Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində baş verib. Məlumata görə, 3 nömrəli marşrut xətti ilə hərəkət edən “Baku Bus” avtobusu iki minik avtomobili ilə toqquşub.

Nəticədə minik avtomobillərdən birinin sürücüsü xəsarət alıb.