!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus”- da korrupsiya iddiası - Şirkət mətbuatla təmasdan niyə qaçır?

!Reklam – Yazi

Bu günlərdə mediada “BakuBus” MMC ilə bağlı diqqətçəkən xəbərlər yer alıb. Yayılan məlumatlara görə, “BakuBus” MMC-nin direktoru Məlik Nəcəfov və onun müavini Azər Qasımov səlahiyyətlərindən sui-istifadə edir, ətraflarına yaxın qohumlarını toplayırlar. Həmçinin, o da deyilir ki, “BakuBus”-la müqavilə bağlayan «TəmizPro» klininq və “Original Motors” şirkətləri avtobuslarla bağlı heç bir iş görmür, fəaliyyət ancaq kağız üzərində “həyata keçirilir”.

Belə ki, “TəmizPro” klininq şirkəti hesabatlarında avtobusların təmizlənməsində xarici ölkələrdən alınan təmizləyici vasitələrdən istifadə yazılsa da, əslində elə deyil. İddiaya görə, bahalı avtobuslar olduqca keyfiyyətsiz yuyucu məhsullarla təmizlənir ki, bu da oturacaqların tez bir zamanda sıradan çıxmasına səbəb olur.

Buna bənzər fikirlər digər, “Original Motors” şirkəti ilə bağlı da səsləndirilir. Məlumata görə, “Original Motors” şirkəti avtobusların bir təkərini 120 manata açıb-bağlayır və rəsmi sənədlərdə qeyd edilir.

Eyni zamanda təmir mərkəzinin arxasında təzə, amma artıq istifadəyə yararsız vəziyyətə salınmış onlarla avtobus gizlədilir. Səbəb isə təmir zamanı yararsız ehtiyat hissələrini çıxarıb, yenisi ilə əvəzləməkdir. Yeni ehtiyat hissələri isə alınmır və əvəzində təzə avtobusun ehtiyat hissələri çıxarılaraq digərinə yerləşdirilir.

Qeyd edək ki, “BakuBus” MMC Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 Aprel 2014-cü il tarixli 92 saylı qərarına əsasən, Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində yaradılıb. Şirkətin balansında 306 ədəd təzə avtobus var. Bu avtobuslar 450 min avroya alınıb.

Yeniçağ.az olaraq, mediada yer alan məlumatlara aydınlıq gətirmək üçün əvvəlcə “BakuBus” MMC-nin “Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi”nin müdiri Mansur Piriyevlə telefon əlaqəsi saxlamağa cəhd göstərdik. Lakin şirkətdən bildirdilər ki, şöbə müdiri iclasda olduğu üçün suallarınızı yalnız “facebook” vasitəsilə sualınızı cavablandıra bilər. Təəssüflər olsun ki, Mansur Piriyev ona ünvanladığımız suallara sosial şəbəkə vasitəsilə də cavab vermədi. “TəmizPro” klininq şirkətindən isə adını açıqlamayan şəxs bildirdi ki, media vasitəsilə səsləndirilən iddialar əsassızdır”.

“BakuBus” MMC-dən geri qalmayan “Original Motors” şirkətindən də telefon zənglərinə cavab verən olmadı.
Sonda belə bir nəticəyə gəlmək olar ki, “BakuBus” MMC nə qədər ki məsələyə münasibət bildirməyib, şübhələr hələ də şirkətin üzərində qalacaq.

P.S. “BakuBus” MMC və “Original Motors” şirkətinin mövqelərini dərc etməyə hazırıq.

BƏXTİYAR
Yeniçağ.az

www.yenicag.az

2099
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv