Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"BakuBus" sürücüsü piyadanı belə vurdu - VİDEO

“BakuBus” MMC paytaxtda piyadanın vurulması ilə nəticələnən yol qəzası barədə videogörüntü yayıb.

Qurumdan Yenicag.az-a verilən məlumatda deyilir ki, mayın 22-si saat 23.30 radələrində Bakı şəhəri, Təbriz küçəsində (“Su Sonası” şadlıq sarayının qarşısı) baş vermiş yol-nəqliyyat hadisəsi zamanı qeydə alınmış görüntülərə baxılıb. Görüntülərə baxış zamanı aydın olub ki, səkidə dayanmış piyada qəflətən 5 nömrəli marşrut xətti üzrə hərəkət edən “BakuBus” MMC-yə məxsus avtobusun yoluna çıxıb və həmin nəqliyyat vasitəsinə dəyib. Sürücü dərhal avtobusu saxlayıb və hadisə nəticəsində xəsarət alan piyada xəstəxanaya aparılıb. Baş vermiş hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, bəzi Kütləvi İnformasiya Vasitələrində (KİV) mayın 22-də Təbriz küçəsində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı dəqiqləşdirilməmiş xəbərlər yayılıb. “BakuBus” MMC KİV nümayəndələrindən bir daha xahiş edir ki, hadisələrə yanaşmada obyektivliyi daim qorusunlar.

www.yenicag.az

1580
SFERA
VETENINFO
AZNEWS
INTERPRESS