!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Avtobus sürücüsündən fiziki məhdudiyyətli şəxsə HÖRMƏTSİZLİK: "Şikəst" sözünü işlədərək, onu təhqir etdi - VİDEO

!Reklam – Yazi

“”Mənə pandusu açmağa rəhbərlik icazə vermir” deyən sürücü müxtəlif bəhanələr gətirərək, heç yerindən tərpənmədi”.

Yenicag.az-a daxil olan şikayətə əsasən, avtobusun sürücüsü fiziki məhdudiyyətli şəxsə qarşı hörmətsizlik etməklə yanaşı, onu təhqir edib.

Belə ki, 21 sentyabr saat 18:23-də fiziki məhdudiyyətli Coşqun Məmmədov Azay oğlu və nişanlısı Lətafət Namazova Suliddin qızı İnqilabda yerləşən Səməd Vurğun küçəsi, Tibb Universitetinin dayanacağından avtobusa daxil olmaq istəyərkən sürücüyə dəfələrlə pandusu açmağını xahiş ediblər. Sürücü öncə onları görməzlikdən gəlsə də, sonradan “Pandus açılmır”, “Pandus xarabdır”, “Onu açmaq mənim işim deyil”, “Mən bacarmıram” və ən sonda “Mənə pandusu açmağa rəhbərlik icazə vermir” kimi gülünc və reallıqdan uzaq bəhanələr gətirərək, heç yerindən belə tərpənməyib. Oradakı sərnişinlərin etirazı və təkidi ilə dayanacaqda dayanan konduktor və bir neçə vətəndaş tərəfindən “Xarabdır” deyilən pandus açılıb və həmin şəxslər sonunda avtobusa daxil olublar.

Bununla yanaşı, sürücü hər kəsin içərisində Coşqun Məmmədova qarşı “Şikəst” sözünü işlədərək, onu təhqir edib:

“Biz bilirik ki, bu avtobuslar elə məhz uşaqlı analar, yaşlı nəsil və fiziki məhdudiyyətli insanlar üçün nəzərdə tutularaq, dövlətimiz tərəfindən istifadəyə verilib. Ancaq bəzi səriştəsiz sürücülər öz öhdəliklərini bilməyərək, sərnişinlərə qarşı bu cür hərəkətlər, hörmətsizliklər edirlər. Üstəlik bu pandemiya şəraitində maska taxmaq heç kimdən tələb olunmur, pəncərələr bağlı və havalandırma sistemi sönülü şəkildə hərəkət edir, sərnişinlər avtobuslarda əziyyət çəkirlər.

Onu da qeyd edim ki, Coşqun işdən qayıdarkən hər gün sürücü pandusun açılmadığını deyir və o, ancaq insanların köməyi ilə avtobusa daxil ola bilir.

İctimai nəqliyyatda hər gün insanlar (fiziki məhdudiyyətlilər, uşaqlı analar və s.) bu çətinliklərlə qarşılaşır.

Bu məsələni işıqlandırmaqda məqsədimiz cəmiyyətimizdəki yüzlərlə fiziki məhdudiyyətli insanların gündəlik həyatda qarşılaşdığı bu çətinlikləri göstərmək və bu cür halların qarşısının alınması üçün birlikdə mübarizə aparmaqdır. Məhz belə vecsiz, məsuliyyətsiz və səriştəsiz kəslərin mənfi davranışları, sözləri və kobud rəftarları ucbatından cəmiyyətdən uzaqlaşan, özünə qapanan və həyatı puç olan nə qədər fiziki məhdudiyyətli insan var. Xahiş edirik ki, bu hadisə və həmin şəxslə bağlı ciddi tədbir görülsün, sürücülərlə maarifləndirmə işləri aparılsın”.

Gülşən Şərif

www.yenicag.az

703
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv