!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus”a dələduzluq ittihamı

!Reklam – Yazi

110160_res_01Yeni istifadəyə verilən “BakuBus” nəqliyyat sisteminin rəhbərliyi dələduzluqda ittiham edilib.

Məsələ yaxın günlərdə istifadəyə verilən şirkətin rəsmi saytı bakubus.az ilə bağlıdır.

Colart MMC-nin təsisçisi Kamran Atayev  bildirib ki, müqavilə əsasında bakubus.az veb saytını onlar düzəldib: ““BakuBus” MMC ilə aramızda 2014-cü ilin sentyabr ayında müqavilə imzalanmışdı. İlk olaraq 50 faiz ödəniş edildi. Müqavilədə 1 ay müddət göstərilib, amma biz işi daha tez təhvil verdik. İşin tələsik olduğunu nəzərə alaraq bir gün ərzində, müqavilə belə bağlamadan dizaynı işlədik. Onlardan razılıq aldıqdan sonra, növbə işləri gördük. Qurumun strukturları dəqiq olmadığı üçün dəfələrlə struktur da dəyişildi və buna uyğun olaraq dizaynda da dəyişikliklər oldu.

Sonra gözləmə rejiminə keçdik, ara-sıra görüşürdük, amma yenə konkret işin təhvil alınması qalırdı. Əslində mən təhvil vermişdim, sadəcə arada münasibət xətrinə gözləyirdim. Bu il avqustun sonunda dəfələrlə əlaqə saxlamaq cəhdlərimdən sonra dedilər ki, işdən imtina edilib.

Səbəb kimi mənə verdikləri tapşırıqları yerinə yetirmədiyim göstərildi. Əslində isə saytla bağlı bütün tapşırıqlar hazır idi, kontentlə bağlı düzəlişlər etməyimi istəyirdilər, hansı ki, onlar da edilmişdi. Dəfələrlə izah etdim ki, kontent (məzmun) redaktəsi bizlik deyil, idarəetmə panelindən sifarişçi özü istədiyi məlumatı dəyişə bilər. İndi isə artıq saytı açıblar, ana səhifəyə bir maket atıblar, vəssəlam. İç səhifələr isə tam bizim işlərimizdir.

Əgər imtina üçün kifayət qədər səbəbləri varsa, bəs imtina edilmiş işi istifadə haqqı onlarda hardandır? Saytı istifadəyə verdikdən sonra yenə şirkətin əməkdaşları ilə əlaqə saxladım və “bizlik birşey yoxdur” dedilər”.

K.Atayev qeyd edib ki, “BakuBus” rəhbərliyi isə ona heç bir cavab vermir: “Yuxarı vəzifəli şəxslər ilə əlaqə saxlamağa çalışsam da, uğursuz oldu, Yazdığım “SMS”lərə də bir cavab verilmədi”(qafqazinfo).

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv