“Bakubus”da gərgin anlar – Sürücü sərnişinləri şoka saldı

Bu gün saat 19:00 radələrində 175 saylı avtobusda gərgin anlar yaşanıb.

Yenicag.az-ın əldə etdiyi məlumata görə, 99-JH-110 dövlət nömrə nişanlı “Bakubus”un sürücüsü Novruz Novruzov içi sərnişinlə dolu olan avtobusu Səməd Vurğun bağının qarşısında saxlayaraq, nəqliyyat vasitəsini tərk edib.

Bu zaman sərnişinlər bir müddət qapıları bağlı avtobusun içində qalıblar. Sürücü əməkdaşımızla söhbətində sərnişinlərdən birinin onu təhqir etdiyini bildirib. Çıxılmaz vəziyyətdə qalan sərnişinlər sonda avtobusun orta qapısını əllə açmaq məcburiyyətində qalıblar.

Hadisə yerinə Post Patrul Xidmətinin əməkdaşlar çağrılıb.

Emin Səfərov

COP29