“BakuBus”da yeni – TƏYİNAT

BakuBus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

MMC-dən Yenicag.az-a verilən xəbərə görə, bu vəzifənin icrası jurnalist Qabil Babayevə həvalə olunub.

O, bu vəzifədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Kommunikasiya və informasiya texnologiyaları şöbəsinin müdiri təyin edilən Mansur Piriyevi əvəzləyib.