Reklam: High Technic
hightechnic

“Bakubus”un sürücüsü döyüldü: 25 qəpiyə görə - VİDEO

Bu gün “Bakubus”un 125 №-li marşrut avtobusunda insident baş verib.

Yenicag.az saytının hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, sürücü ilə sərnişinlər arasındakı mübahisə sonda davaya çevrilib.

Hər şey uşağı ilə avtobusa minmək istəyən bir qadınla sürücü arasındakı gediş haqqı mübahisəsindən sonra başlayıb. Sürücü qadından uşağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib. Bu zaman salondakı sərnişinlərdən biri ora yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadın sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə “sən mənə 25 qəpik borclusan” deyib. Sürücü də öz növbəsində “Uşağa görə gediş haqqını ödəyən o oğlan kim idi ki, vurmayaydı” deməsi aödəniş edən sərnişini özündən çıxarıb. Məhz bundan sonra həmin oğlan və dostu sürücüdən marşurutu saxlayıb “söhbət” ə düşməsini tələb ediblər. Sürücü isə 28 mayda davanı davam etdirəcəyini deyərək hədələyib. Narazı qadının yalvarışılarına baxmayaraq cavanlar sakitləşməyiblər. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Onlar marşurut hərəkətdəykən sürücüyə hücum ediblər. Digər sərnişinlərin köməyi ilə davanın qarşısı qısa müddətliyə alınsa da, sürücü marşurutu saxlamaq məcburiyyətində qalıb. Yerə enən cavanlar sürücünün yerə enməsini tələb ediblər.

Sürücü Su İdman Sarayının yanında saxladığı avtobusu sürmək əvəzinə, sərnişinlərlə sərt şəkildə mübahisəyə davam edincə, hamı yerə tökülüb. Sözügedən iki gənc isə avtobusun sürücü tərəfdən şüşəsini sındıraraq, onu yerə düşürüblər. Sürücünün döyülməsinə digər sərnişinlər, çətinliklə də olsa, mane ola biliblər.

Hadisə yerinə polis əməkdaşları çağırılıb.

www.yenicag.az

903