!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“BakuBus”un sürücüsü döyüldü

!Reklam – Yazi

dayanacaq5Ötən gecə “BakuBus”ın sürücüsü sərnişin tərəfindən döyülüb. Ciddi xəsarət alan sürücü xəstəxanada əməliyyat olunub. Sərnişin isə tutularaq polis bölməsinə aparılıb.
Bu barədə “BakuBus” MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib. Onun sözlərinə görə, hadisə metronun “İçərişəhər” stansiyasına çatmamış Şeyx Şamil küçəsindəki dayanacaqda baş verib:

“Bizim avtobus həmin dayanacaqda dayanıb və sərnişinlər enib-mindikdən sonra avtobus qapıları bağlayaraq hərəkət edib. Az sonra sonra işıqforda yaşıl işığın yanmağını görüb yenə bir neçə saniyəlik gözləmək üçün dayanıb. Bu zaman bir qadın sərnişin qapıları açmağı xahiş edib. Lakin sürücü dayanacaqdan kənar saxlamağın qadağan olunduğunu bildirərək qapıları açmayıb və həmin qadın da avtobusa minə bilməyib. Bu vaxt avtobusun salonunda olan bir gənc kişi sərnişin məsələyə müdaxilə edərək sürücüyə qarşı kobud ifadələr işlədərək ondan qapını açmağı tələb edib. Sürücü bunun mümkün olmayacağını deyəndə isə sərnişin qəzəbli şəkildə sürücüyə yaxınlaşıb. Sürücülərin növbə dəyişmək vaxtı olduğu üçün həmin an orada olan Oqtay Novruzov adlı digər sürücü sərnişininin sükan arxasında olan sürücünün mübahisəsinin qəzaya səbəb ola biləcəyindən ehtiyat edərək mübahisəyə müdaxilə edib və sərnişinə şirkət tərəfindən qoyulan qaydaları izah etməyə çalışıb. Lakin izahla razılaşmayan qəzəbli sərnişin Oqtaya qəfildən zərbələr endirməyə başlayıb və ona ciddi xəsarət yetirib. Bu zaman avtobusda mülki geyimdə olan iki polis əməkdaşı hadisəyə müdaxilə edərək sərnişini saxlayıb və o, polis bölməsinə aparılıb. Bizimlə çalışdığı müddətdə həmişə yüksək mədəniyyət və peşəkarlıq nümayiş etdirən, 5 uşaq atası, evinin bütün yükünü çiyinlərində daşıyan sürücü isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilərək əməliyyat olunub”.

N.Allahyarovanın sözlərinə görə, xəsarət alan sürücü xəstəxanada “BakuBus”ın rəhbərliyi ilə görüşdə sərnişin haqqında bircə kəlmə də artıq söz işlətməyib. Dediyi isə yalnız bu olub: “Mən müdaxilə etməsəydim, sürücü qəza edəcəkdi. Mənim canım heç, o qədər qadın, uşaq var idi avtobusda. Cavab qaytarmadım ki, bəlkə sakitləşər. Amma olmadı. Şükür Allaha, qəzasız ötüşdük. Əsas odur insanlara heç nə olmadı… Siz narahat olmayın. Mən yaxşıyam. Əgər qəza olsaydı və bu hadisə zamanı bir uşağın burnu qanasaydı, mən özümü heç vaxt bağışlamazdım. Yaxşı ki, sürücünü müdaxilə etməyə qoymadım”.

www.yenicag.az

491
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv