“Bakutel 2018” təşkilatçıları “Bakcell”ə “Ən yaxşı təqdimat” sertifikatı verdi – FOTO

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti “Bakutel-2018” 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı zamanı “Ən yaxşı təqdimata” görə xüsusi təşəkkürnamə sertifikatına layiq görülüb.

Bu ilki sərgidə Bakcell stendinin qonaqları innovasiyalar və ən müasir texnologiyalar, rahat və müasir məhsul və xidmətlər və şirkətin son nailiyyətləri ilə tanış olub, bir çox maraqlı müsabiqə, oyun və hətta lotereyada iştirak etmək şansı qazanıblar.

“Bakutel 2018” zamanı Bakcell Azərbaycanda ilk dəfə olaraq “5G-yə hazırlıq” adlanan 4.5G texnologiyası üzərindən təmin olunan 600 Mbps mobil sürətini nümayiş etdirib.

Sərgidəki Bakcell stendini ziyarət edən qonaqlar innovasiya və texnologiyalarla yanaşı şirkətin yeni istifadəyə verilmiş “Mənim Bakcellim” mobil tətbiqetməsi ilə tanış olmaq və xüsusi lotereyada iştirak edib dəyərli hədiyyələr qazanmaq imkanı əldə ediblər. Həmçinin, Bakcell stendində gənc yerli developerlər tərəfindən “AppLab” inkubasiya mərkəzinin dəstəyilə yaradılmış 2 yeni layihə – –“Run2Help” və “bilik.az” təqdim olunub. Stendin “Wi-Fi Evinizdə” guşəsində isə sərgi ziyarətçiləri “Bakcell”in yeni təqdim olunmuş Wi-Fi qurğusunun üstünlükləri ilə tanış olub, ölkənin ən sürətli 4G internetindən istifadə etmək və “Virtuall Realliq” proqramında futbol oynamaq imkanı qazanıblar. Bundan əlavə, stendin qonaqları “Ulduzum” loyallıq proqramına aid labirint oyununda iştirak edərək “Ulduzum” tərəfdaşlarından maraqlı hədiyyələr qazanıblar.

“Bakcell”in “Bakutel 2018” sərgisində iştirakı ilə bağlı hazırlanmış videoçarxa burada baxa bilərsiniz: https://youtu.be/8BMNHvH01j4

Unikal, innovativ və maraqlı məzmun sayəsində Bakcell şirkətinin stendi “Ən yaxşı təqdimat”a görə “BakuTel-2018” sərgisinin təşkilatçısı Caspian Event Organizers (CEO) şirkəti tərəfindən xüsusi təşəkkürnamə sertifikatı ilə təltif olunub.

***

Bakcell haqqında

Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir.

Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.

7000-dən artıq baza stansiyası vasitəsilə Bakcell şəbəkəsi əhalinin 99%-ni, ölkə ərazisinin isə 93%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. Mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şirkəti Azərbaycanda sınaq nəticələrinə görə, ən yaxşı şəbəkə adına layiq görülüb (“Best in Test”). 2018-ci ildə şirkət “Azərbaycanın ən sürətli mobil şəbəkəsi” adına layiq görülüb. Bu mükafat bütün dünyada tanınmış “Ookla” şirkəti tərəfindən “Bakcell”ə Azərbaycan Respublikası ərazisində ən sürətli mobil internet xidmətlərinin göstərilməsinə görə təqdim edilib

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89  nömrəsinə zəng etməklə “Bakcell”in məhsul və xidmətləri haqqında məlumat əldə edə bilərlər.

 

 

COP29