Bal yarmarkası bu gün açılır

Bu gün saat 14:00-da Tofiq Bəhramov adına Respublika Stadionunun ərazisində arıçılıq məhsullarının sərgi-satış yarmarkasının açılış mərasimi keçiriləcək.

Bu barədə Yenicag.az-a Kənd Təsərrüfatı Nazirliyindən xəbər verilib.

Qeyd edək ki, oktyabrın 5-də yarmarkanın açılışı hava şəraiti pisləşdiyinə görə təxirə salınmışdı.

Oktyabrın 28-dək davam edəcək yarmarkada 150 ton bal satışa buraxılacaq.