Şou-biznes nümayəndələrinin Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun fəaliyyətini tənqid edən videosu yayılıb.
Yenicag.az xəbər verir ki, həmin görüntülər sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevirilib. Mahnını Sevda Yəhyayeva, Xəyyam Nissanov, Elçin Cəfərov, Günay İbrahimli, Nadir Qafarzadə, Manana kimi populyar ulduzlar Abutalıbovla bağlı ifa ediblər.
Həmin mahnıda mərmərli parkların salınması, yağış yağan zaman küçələrin sürüşkən olması, köşklərin sökülməsi və yerinə eletrik ağacların qurulması , yolların daim qazılması, tıxac, paxtaxtın natəmizliyi problemlərinə toxunulub.
Bundan başqa, icra başçısının ingilis dilində kasad danışması da ələ salınıb.
Klip “Dar gəlir sənə, Bakı şəhəri. Olmalısan bütün dünyanın meri” misraları ilə bitir.
Qeyd edək ki, layihə iki il əvvəl “Planet Parn iz Baku” tərəfinən hazırlanıb.