Bala köpək balığının dişləri üzgüçünün qarnına keçdi – VİDEO

Dostları ilə okean sahilində əylənən kişi bala köpək balığının hücumuna məruz qalıb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə ABŞ-ın Florida əyalətində baş verib. Okeanda üzən Ervin Makarti adlı kişinin qarnını dişləyən bala köpək balığı bütün cəhdlərə baxmayaraq ondan əl çəkməyib. Ağrı içində sudan çıxan Ervinin köməyinə dostları çatıb. Onlar köpək balığını kəsərək dostlarını xilas ediblər.

Həmin videonu təqdim edirik: