Balakəndə 4 otaqlı evin 3 otağı kül oldu

Balakəndə yanğın faktı qeydə alınıb.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, rayonun İtitala kəndində ümumi sahəsi 150 m² olan birmərtəbəli taxta konstruksiyalardan ibarət 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və ev əşyaları 110 m² sahədə yanıb.

Məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​