Balakəndə 68 yaşlı kişi itkin düşdü – FHN və DİN axtarışlara başladı

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.

Eyni zamanda Daxili İşlər Nazirliyinin əməkdaşları və yerli sakinlərdən ibarət könüllülər çayətrafı və ora yaxın ərazilərdə axtarışlar həyata keçirirlər.

Əlavə məlumat veriləcək.​