Balakəndə avtomobil 6 yaşlı oğlanın üstündən keçib

370ad415cabbbc59092386310fc1bcabBalakəndə dəhşətli yol-nəqliyyat hadisəsi verib.

Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunun Balakən şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes Vita” markalı avtomobil yol kənarında atası ilə birgə hərəkətdə olan, 2010-cu il təvəllüdlü Sadiq Vidadi oğlu Şirbidovu vurub. Nəticədə 6 yaşlı oğlan hadisə yerində ölüb.

Xəstəxanadan APA-ya bildirilib ki, avtomobilin təkəri uşağın döş qəfəsinin üstündən keçib.

Hazırda hadisə ilə bağlı araşdırma aparılır.