Balakəndə avtomobil yandı – Bir nəfər xəsarət aldı

Balakəndə avtomobil yanıb.

Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb.

Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.