Balakən rayonunun Tülü kəndində evlərdən birində ağır faciə ilə nəticələnən yanğın hadisəsi baş verib.
Yeniçağ.Az Daxili İşlər Nazirliyinin ( DİN ) saytına istinadən xəbər verir ki, rayonunun Tülü kəndində yaşayan Səltənət Məmmədovanın evində yanğın baş verib. Nəticədə evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb, yanğın söndürüldükdən sonra S.Məmmədovanın nəvəsi, 2 yaşlı Ramal Alagözovun yanmış meyiti tapılıb.
Faktla bağlı araşdırma aparılır.
Yeniçağ.Az