Balakəndə İŞİD-ə qoşulmaq istəyən şəxs saxlanıldı

gaziantep_isid_kampi_iki__1_-300x223Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti “İslam dövləti” (İŞİD) təşkilatı tərəfindən cəlb edilən şəxsin saxlanmasında Azərbaycana yardım göstərib. Bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti rəhbərinin müavini Levan İzoriya “Maestro” teleşirkətinə müsahibəsində deyib.

“Bizim verdiyimiz məlumat əsasında dünən Balakən rayonunda Azərbaycan vətəndaşı saxlanılıb. O, Suriyaya gedərək “İslam dövləti” sıralarında döyüşmək üçün sərhəddi qanunsuz keçməyə cəhd göstərib”, – L.İzoriya bildirib.

O qeyd edib ki, Gürcüstanın İŞİD tərəfindən cəlb edilən şəxslər üçün tranzit ölkəyə çevrilməməsindən ötrü bütün tədbirlər həyata keçirilir.
Məsələ ilə bağlı Azərbaycan Milli Təhlükəsizlik Nazirliyindən şərh almaq mümkün olmayıb(Turan)