!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Balakəndə üç maşın toqquşdu: yaralananlar var

!Reklam – Yazi

Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiralında baş verən yol qəzasında 5 nəfər xəsarət alıb.

Yenicag.az-ın APA-ya istinadən məlumatına görə, bu gün axşam saat 20:20 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Balakən rayonu Poştbinə kəndi ərazisindən keçən hissəsində üç minik avtomobilinin toqquşması ilə nəticələnən ağır yol nəqliyyat hadisəsi baş verib. Qəzadan sonra avtomobillərin sürcüləri və sərnişinlər Balakən Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıblar.

Balakən MRX-dan verilən məlumata görə, qəza nəticəsində 5 nəfər xəstəxanaya daxil olub. Hazırda həkim briqadası yaralıların müayinəsini aparır, şəxsiyyətləri dəqiqləşdirilir.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Yenicag.az

www.yenicag.az

684
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv