Balakəndə yanğın qeydə alınıb.
Yenicag.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Balakən rayonu, Tülü kəndində vətəndaşa məxsus ümumi sahəsi 180 m² olan kursulu, birmərtəbəli 4 otaqli evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Yanğınsöndürənlər tərəfindən yanğın yerinin kəşfiyyatı zamanı 2014-cü il təvəlüdlü Alagözov Ramal Amil oğlunun meyiti aşkar olunaraq aidiyyati üzrə təhvil verilib.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın saat 20:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Yenicag.az